Qarabağ atlarına 2 milyon ayrıldı

Qarabağ atı.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, fevralın 22-si ölkədə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Sərəncamda bundan ötrü 2 milyon manat ayrılır.

Buna da bax:​ Azərbaycan məmurlarının idman sevgisi...

Qərar Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi məqsədi ilə izah edilir.

Eyni zamanda bu vəsaitdən “Ağdam Atçılıq Təsərrüfatı” MMC-nin Atçılıq kompleksinin tikintisində də istifadə edilməlidir.

Prezident Maliyyə Nazirliyinə tapşırır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Buna da bax:​ CNN Qarabağ atlarından yazır

Bu cins Qarabağ ərazisində yaradılıb və geniş yayılmış dağ-minik at cinsidir. Qarabağ atları daha çox sürətləri ilə seçilir. Bu cins əsasən XVII-XVIII əsrlərdə təkmilləşdirilib.