İstanbulda İŞİD yaraqlısı bilinən 35 nəfəri tutublar

İstanbul

Türk rəsmiləri İstanbulda «İslam Dövləti» (İŞİD) yaraqlısı güman olunan 35 nəfərin tutulduğunu deyirlər.

Türk mətbuatının yaydığı məlumata görə, bu gün-fevralın 22-də İstanbulda 41 reyd keçirilib, İŞİD terrorçularına aid sənəd və materiallar tapılıb.

Həbs edilənlərin nə kimliyi, nə də milliyyəti açıqlanır.

İŞİD son 2 ildə Türkiyədə azı 6 terror aktı törədib. Təkcə Yeni il gecəsində İstanbulun gecə klublarından birinə basqında 40-a yaxın adam ölüb.