Dollar yenə bahalaşdı

Son həftələr manat dollara nisbətən dəyər qazanırdı.

Fevralın 21-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7447 səviyyəsində formalaşıb.

Fevralın 16-sı, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7351 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Son həftələr manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son iki hərracda yenidən dollar bahalaşır.