Bir nəfər 'qara siyahı'dan çıxarıldı

BMT

Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının 1988 Sanksiya Komitəsinin fevralın 16-da qəbul edilmiş qərarlarına uyğun ümumi siyahını yeniləyib.

Ümumi siyahı «Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası»na əsasən yenilənib.

Məlumata görə, 1 nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxs Əfqanıstan vətəndaşı Abdullah-dır.

Ümumi Siyahı milli qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki, hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Hazırda 46 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilib axtarışa verilib. Bu Ölkədaxili Siyahıya aiddir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.