Naxçıvan Konstitusiyasına dəyişiklik ediləcək

Naxçıvan

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası çağrılıb.

Xəbəri «Şərq Qapısı» qəzeti yayıb.

Qəzetdə yazılır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası fevral 23-də saat 11:00-da çağrılıb.

Sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiqi və Konstitusiyaya dəyişikliklər edilməsi daxil edilib. Ancaq dəyişikliklər layihəsi açıqlanmayıb.