Cəbhəçi gəncə 30 sutka verilib

AXCP-nin bayrağı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Amil Məmmədzadəyə bu gün, fevralın 20-si 30 sutka inzibati həbs cəzası verilib.

Bu haqda AXCP-nin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, Suraxanı Rayon Məhkəməsi cəbhəçi gənci polisə tabe olmamaqda günahkar bilib.

Buna da bax:​ Cəbhəçi gəncin saxlandığı deyilir

Partiya məhkəmə qərarının əsassız olduğunu, Amil Məmmədzadənin vəkillərinin apellyasiya şikayəti verəcəyini bəyan edib.

Xatırlatma

Amil Məmmədzadənin fevralın 19-da saxlandığı bildirilirdi.

AXCP-dən verilən xəbərə görə, onu Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları saxlamışdılar. Gənc fəalın heç bir izahat verilmədən bölməyə aparıldığı, gecəni orda saxlanıldığı bildirilirdi.

Buna da bax: Ruslan Nəsirlinin polisə aparılmış valideynləri sərbəst buraxılıb

Bölmədən gəncin ailə üzvlərinə rəsmi heç bir informasiya verilməmişdi. Suraxanı rayon Polis İdarəsindən onlarda bu barədə məlumatın olmadığı söylənmişdi.

Hazırda 10-dək AXCP üzvü həbsdədir. Son vaxtlarda partiyanın Şəki təşkilatının fəalları da saxlanıblar.