Azərbaycan-Türkiyə aqrar biznes-forumu keçiriləcək

Foto illüstrasiya

Fevralın 23-də Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Foruma Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi təşkilatçılıq edir.

«Bakıda düzənlənəcək forumda məqsəd aqrar sahədə ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmaqdır», - deyə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Bu münasibətlə Türkiyədə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən 150-yə yaxın şirkətin nümayəndəsinin Bakıya gələcəyi gözlənilir.

«Turan» Agentliyinin xəbərinə görə, ötən il Türkiyə Azərbaycana 118 milyon, Azərbaycan isə Türkiyəyə 2 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib.