15 dərəcə isti gözlənir

Günəş

Fevralın 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə yarımadada 0-2, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntı olmayacağı bildirilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.