Cəfərli kəndinin cəfakeşləri
Qazaxın Cəfərli kəndinə gedən yolda.
Kənd təbii qazla təmin olunsa da, sakinlər bəzi işlərində odun yandırmağa üstünlük verirlər.
Sakinlərin çoxu dolanışıq və sosial təminatlarının yaxşı olmamasından gileylənir.
Kənd sakini Fərman deyir ki, əsgərlikdən gələndən sonra iş-güc yoxluğundan evdə atasına təsərrüfat işlərində gömək edir.
Onlar iyirmi ildən çoxodur ki, döyüş bölgəsində yaşayırlar. Deyirlər ki, artıq duruma alışıblar.
Kənd döyüş bölgəsinə çox yaxın yerləşdiyindən xüsususi nəzarət zonası kimi müxtəlif xəbərdarlıq işarələri görmək olar.
Burada mərmidən dağılmış və tərk edilmiş evlərə rast gəlmək olar.
Cəfərli kənd sakini Namiq Mustafayev deyir ki, Səngərdə atışma zamanı evin divarları zədələnib.
Onu kənddə hamı balıqçı kimi tanıyır.
Kəndin yolları Sovet hakimiyyəti dağılandan bu yana təmir olunmayıb.
Kəndlilər həm əkinçilik, həm də maldarlıqla məşğul olur.