ABŞ-ın vitse-prezidenti Brüsseldə görüşlər keçirir

Mike Pence

ABŞ-ın vitse prezidenti Mike Pence bu gün AB və NATO liderləriylə görüşür. Onun Avropaya səfərində məqsəd müttəfiqləri ABŞ-ın öhdəliklərinə sadiq olduğuna inandırmaqdır.

Ağ evdən verilən məlumata görə, M.Pence Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberg, AB-nin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini, Avropa Birliyi Sırasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-lə görüşəcək. Keçən həftə J.C.Juncker Avropanın ABŞ-a boyun əyməli olmadığını—hərbi xərcləri artırmaq məcburiyyətində qalmadığını söyləmişdi. Xərclərin artırılmasını ABŞ prezidenti Donald Trump istəyir, əks halda Vaşinqtonun NATO-yla bağlı öhdəliklərinin sual altında qalacağını bildirir.

M.Pence isə müttəfiqləri D.Trump-ın dəstəyinə inandırmağa çalışır. «Birləşmiş Ştatlar sizin ən böyük müttəfiqiniz olub və olacaq», - M.Pence dünən—fevralın 19-da Münhendə keçirdiyi görüşlərdə belə deyib.