Avtomobil idxalı artıb

Avtomobil salonu

Bu ilin yanvarında Azərbaycana 469 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 32 ədəd çoxdur.

Onların 3-ü mikroavtobus, 420-i minik, 41-i yük avtomobili, 5-i isə xüsusi təyinatlı nəqliyyat vasitəsi olub.

Ötən il əvvəlki illərlə müqayisədə avtomobil idxalının kəskin azaldığı bildirilirdi.