Avropa Məhkəməsinə 700 şikayət

arxiv

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı erməni tərəfinin vurduğu ziyanla bağlı 700 ərizə göndərilib. Bu şikayətlərin mahiyyəti və perspektivi nədir?

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, indiki halda zərərçəkənlərin hüquqi aspektdən Avropa məhkəməsinə müraciət etmək haqqı var. Ələsgər Məmmədli deyir ki, münaqişənin davam etdiyini nəzərə alsaq Avropa məhkəməsi bu cür prosesləri bəlli bir müddətə qədər dayandıracaq. Hüquqşünas bildirir ki, bu şikayətlər yeni baş verdiyi üçün, Avropa şurasının üzvü olan ölkə tərəfindən törədildiyi üçün Avropa məhkəməsinin gündəminə gəlmək ehtimalı var.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ələsgər Məmmədli: "zərərçəkənlərin Avropa məhkəməsinə müraciət etmək haqqı var"

Konfliktoloq Əvəz Həsənov deyir ki, erməni tərəfi aprel hadisələri ilə bağlı beynəlxalq təşkilatların monitorinq aparmaq təşəbbüsünü irəli sürmüşdü. Azərbaycan tərəfi isə baş verən hadisələrlə bağlı daxili istintaq qrupu yaratdı. Konfliktoloq deyir ki, Azərbaycanın həmin sənədlərdən istifadə edəcəyi gözlənilən idi. Əvəz Həsənov bunu çox çətin yol adlandırır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əvəz Həsənov: "çox çətin yol"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rövşən Rzayev “Çıraqov işini” xatırlayır. Deputat deyir ki, Avropa məhkəməsi bununla bağlı qərar çıxarsa da onun icrası hələ də yoxdur.Onun sözlərinə görə, çox yaxşı olardı ki, bu 700 şikayətə hüquqi qiymət verilsin, eyni zamanda onun icrası ilə bağlı addımlar atılsın.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rövşən Rzayev: "bu 700 şikayətə hüquqi qiymət verilsin"