İlham Əliyev Mikheil Janelidze-ni qəbul edib

Mikheil Janelidze

Prezident İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, Azərbaycan-Gürcüstan əlaqələri çox uğurlu və dinamik şəkildə inkişaf edir.

Prezident qeyd edib ki, Azərbaycan bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

M.Janelidze isə öz növbəsində qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələ yoxdur. O, iki ölkənin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmindən də bəhs edib.