Bayram Məmmədovun şikayəti təmin olunmayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclər bir günün içində necə "narkoman" oldu?

Fevralın 10-u Bakı Apellyasiya Məhkəməsi gənc fəal Bayram Məmmədovun həbs qərarından verdiyi şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, apellyasiya şikayətində məhkəmənin qərarının ləğvini istəyiblər.

Vəkil apellyasiya şikayətinin təmin olunmadığını bildirib.

Bayram Məmmədov ötən il dekabrın 8-də 10 il azadlıqdan məhrum edilib.

XATIRLATMA

Bayram Məmmədovu digər gənc fəal Qiyas İbrahimovla ötən il mayın 10-da saxlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Q.İbrahimov da ötən il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.