Fevralın 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7301 səviyyəsində formalaşıb.
Fevralın 7-si, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.8251 manat müəyyən olunmuşdu.
Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.
Son həftələr manat dollara nisbətən dəyər qazanır.