Kommersiya banklarının dolların alış və satış qiymətlərini düşürdüyü bildirilir.
«Marja» xəbər verir ki, bu gün, fevralın 6-sı «Bank of Baku» 1 dolları 1.8450 manatdan alır.
Bir sıra bankların isə dolları 1.85 manata aldıqları açıqlanıb.
Banklarda dolların satış qiymətinin də 1.93 manatdan 1.92 manata düşdüyü deyilir.
Xəbərdə qeyd edilir ki, «qara bazar»da 1 dolları 1.85 manata alıb, 1.87 manata satırlar.
Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 6-da 1 dollar 1.9111 manata bərabərdir. Son hərracda manat cüzi bahalaşıb.