Naxçıvana reyslərin sayı azalıb

AZAL

«Tələbat azaldığından fevral ayında Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinin sayı 6-dan 4-ə endirilib».

Bunu «Azərbaycan Hava Yolları» QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

O, qeyd edib ki, hər hansı reysin təxirə salınmasından söhbət getmir.

P. Kəsəmənski vurğulayıb ki, tələbat artdığı halda reyslərin sayı yenidən artırıla bilər.

Bakı-Tehran və Tehran-Bakı aviareyslərinin təxirə salınmasına gəlincə, P.Kəsəmənski bunun AZAL-la əlaqəli olmadığını bildirib.

Aviareysləri İranın «Mahan Air» şirkəti bu gün, fevralın 3-ü 15:30 və 16:45-də yerinə yetirilməli idi.

«Mahan Air» şirkətindən, hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.