Rumıniyada korrupsiya əleyhinə kütləvi aksiyalar keçirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Rumıniyada Çauşesku dövründən bəri ən böyük mitinqlər

Rumıniyada etiraz aksiyaları 3 gündür davam edir. Səbəb korrupsiya əleyhinə qanunların zəiflədilməsidir.

Baş nazir Sorin Grindeanu iş başına keçəndən bir ay sonra rəsmilərin bəzi davranışlarının cinayət hesab edilməməsi haqda qanuna imza atıb. Bu da 10 minlərlə adamın küçələrə axışmasıyla sonuclanıb.

Müşahidəçilər ölkənin sosialist bloku dağılandan-1989-cu ildən bəri ən geniş aksiyalarla üzləşdiyini deyirlər. Amma hökumət, hələ ki, mövqeyini dəyişmir.

Ölkədə siyasi böhran yaranıb. Prezident Klaus Iohannis Konstitusiya Məhkəməsinə müraciət edərək, nazirin qərarının qanunun aliliyinə və korrupsiyayla mübarizəyə zərbə vurduğunu bildirib.