Istanbulda özünü öldürməklə hədələyən ruhi xəstə polisə təslim oldu

Foto arxiv

Istanbulda özünü öldürməklə hədələyən ruhi xəstə polisə təslim olub.

İnsident fevralın 1-də İstanbuldakı “Cərrahpaşa” xəstəxanasının psixiatrik şöbəsində baş verib.

Bu barədə Türkiyənin “Posta” qəzeti məlumat yayıb.

Kütləvi informasiya vasitələri bundan əvvəl silahlı xəstənin insanları girov götürməsi barədə məlumat yaymışdı.

Amma xəstəxananın baş həkimi Zekayi Kutlubay məlumatı təkzib edib.

Onun sözlərinə görə, həkim qəbul otağında keçmiş polis əməkdaşı olan xəstəyə stasionar şəraitdə müalicə təklif edərkən, bu onun kəskin reaksiyasına səbəb olub və özünü öldürməklə hədələyib.

Danışıqlardan sonra xəstə polisə təslim olub.