Qar yağacaq, yollar buz bağlayacaq

Şaxta.

Fevralın 1-i Bakı və Abşeron yarımadasında fasilələrlə qar yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 1-3 dərəcə şaxta olacaq. Gündüz temperatur 0-a yaxınlaşacaq. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında da qar yağacağı bildirilir. Gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta təxmin edilir. Yolların buz bağlayacağı bildirilir.