Bakının bəzi yerlərində qaz kəsilib

Qaz

Yanvarın 30-u Bakının bir çox yerlərində qaz kəsilib. «Azəriqaz» İstehsalat Birliyindən AzadlıqRadiosuna bunu təmir işləri ilə izah ediblər.

«Yanvarın 30-da Bakının bəzi yerlərində qaz verilməsinin dayandırılması xətlərdəki cari təmir və sızmaların aradan qaldırılması ilə bağlıdır»,-deyə birlikdən qeyd ediblər.

«Azəriqaz» İstehsalat Birliyindən deyiblər ki, təmir işlərinin axşam saat 18-dək başa çatacağı gözlənilir.

Son zamanlar ölkənin müxtəlif yaşayış məntəqələrində təmir işləri ilə bağlı qaz verilməsində məhdudiyyətlər yaranır. Təmir işlərinin qışda, soyuq havada aparılması əhali arasında narazılıq yaradır.