Trump-ın fərmanı ilə müsəlman qaçqınları ABŞ-a buraxmadılar

Prezident Donald Trump

Altı İraq, bir Yəmən vətəndaşı Qahirədə Nyu -York təyyarəsinə minə bilməyiblər.

Assosiated Press xəbər verir ki, bu yeddi qaçqını BMT Amerikaya aparmaq istəyirmiş. Onlara deyiblər ki, prezident Donald Tramp -ın imzaladığı sənədə görə ABŞ-a gedə bilməzlər.

Trump-ın imzaladığı sənəddə 7 ölkə-İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən qaçqınların buraxılmaması nəzərdə tutulur.

Böyük Britaniyanın “Guardian” qəzeti isə yazır ki, “Oskar” a namizəd İran rejissoru Əsgər Fərxadi narahatdır ki, onu ABŞ-a, mərasimə buraxmayalar.