“İran əməkdaşı ilə görüşümüzə dair 5 saat sual verdi” (video)

Sizin brauzer HTML5-i dəstəkləmir

“İran əməkdaşı ilə görüşümüzə dair 5 saat sual verdi”

“Müstəntiq mənə 5 saat İran səfirliyinin əməkdaşı ilə görüşdən suallar verdi”, - REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı AzadlıqRadiosuna açıqlamasında belə deyib.

O, yanvarın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.

Dərhal mətbuat üçün açıqlama da yaydıq”

Azər Qasımlının sözlərinə görə, yanvarın 19-da İranın Azərbaycandakı səfirliyinin əməkdaşı REAL-ın ofisinə gələrək, onlarla görüşüb: “Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, digər səfirliklərin də əməkdaşları bizim ofisdə olublar. İran səfirliyinin əməkdaşı ilə görüşdən dərhal sonra mətbuat üçün açıqlama yaydıq, “facebook” səhifələrimizdə fotolar paylaşdıq”.

Azər Qasımlı deyir ki, istintaqı REAL-ın partiyalaşması məsələsi də maraqlandırıb və o bu istiqamətdə də sualları cavablandırıb: “Birinci gün də təşkilatın icraçı katibi Natiq Cəfərli istintaqa çağrılıb”.

Xatırlatma

Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.

Yazıda iddia olunduğuna görə, görüşdə REAL-çılar İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etməyə boyun olaraq, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alıblar.

Bundan sonra Baş Prokurorluq araşdırma başladıb.

REAL rəsmiləri bu iddiaları qətiyyətlə rədd edirlər.