“Ayntraxt”ın futbolçusu Azərbaycan millisində

Renat Dadashov

Əslən azərbaycanlı olan və hazırda Almaniya klubunda oynayan gənc futbolçu Renat Dadaşov Azərbaycan millisində oynayacaq.

Bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, AFFA onun Azərbaycan millisində çıxış etməsinə razılıq verilməsilə bağlı FİFA-ya müraciət edib, beynəlxalq futbol federasiyası isə müraciəti müsbət cavablandırıb.

Renat Dadaşov əvvəllər Azərbaycanın U-15 yığmasında oynayıb.

Sonra isə Almaniyanın U-15, U-16 və U-17-komandalarında çıxış edib.

Gənc futbolçu Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində də oynayıb, bu yarışda 3 qol vurub.

Renat bir neçə gün əvvəl Frankfurtun “Ayntraxt” klubu ilə müqavilə imzalayıb.

O, klubun U-19 komandasında oynayacaq.