İranlı aktrisa Trump-a etiraz edir

Taraneh Alidoosti

«Oscar»a namizəd olan İran filminin oyunçusu—aktrisa Taraneh Alidoosti mükafatın verilməsi mərasiminə qatılmayacaq. O, bununla ABŞ prezidenti Donald Trump-ın miqrantlara qarşı siyasətinə etirazını bildirəcəyini deyir. Qərb mətbuatının yazdığına görə, bu günlərdə D.Trump müsəlman ölkələrindən, eləcə də İrandan gələnlərin miqrasiyasını yasaqlayacaq sənədə imza atasıdır.

Aktrisa Taraneh Alidoosti Twitter hesabında yazıb ki, D.Trump-ın miqrantlarla bağlı planları «rasist» xarakterlidir.

İranlı rejissor Asghar Farhadi-nin çəkdiyi «Satıcı» filmi Amerika Kino Akademiyasının ən yaxşı xaricidilli filmlər siyahısına düşüb. Akademiyanın mükafatının –«Oscar»ın sahiblərinə verilməsi mərasimi fevralın 26-na təyin olunub.