42 sığorta agentinin lisenziyası ləğv edilib

Arxiv fotosu.

42 fiziki şəxsə verilmiş sığorta agenti fəaliyyəti lisenziyası ləğv edilib.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası qərar verib. Qərar yanvarın 26-sı açıqlanıb.

Palatanın məlumatında bildirilir ki, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanuna riayət və palataya rüblük hesabatları təqdim etməmələri lisenziyaların ləğvinə səbəb olub.

Buna da bax:​ İcbari tibbi sığortadan xəbər var

Palata xatırladır ki, Direktorlar Şurası ötən il sentyabrın 23-də rüblük hesabat verməyən bəzi sığorta agentlərinin lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırmışdı.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması səbəbindən palata “Sığorta fəaliyyəti haqqında” qanuna əsaslanaraq 42 fiziki şəxslə bağlı bu addımı atdığını bildirir.

Buna da bax: "Sığortalanmış əmanətlər qaytarılacaq"

Xatırlatma

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurasının sentyabrın 23-ü verdiyi qərar ilə 2 hüquqi və 86 fiziki şəxsin sığorta vasitəçisi kimi lisenziyası ləğv edilmişdi.

Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada Palataya təqdim etmədiklərinə görə, 78 fiziki şəxsin lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılmışdı.

Buna da bax:​ Maliyyə nazirliyi Beynəlxalq bankın bütün səhmlərini alıb

Ötən il ölkədə 10-dan çox bankın və daha bir neçə sığorta şirkətinin lisenziyası əlindən alınıb. Buna səbəb kimi onların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib.