Yanvarın 26-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq.
Ölkənin əksər rayonlarında da havanın, əsasən, yağmursuz olacağı bildirilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış, sulu qar, qar gözlənilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.