İranlı rejissor 'Oscar'a namizəddir

Asghar Farhadi

İranlı rejissor Asghar Farhadi «Satıcı» adlı filminə görə «Oscar» mükafatına namizədlərin siyahısına düşüb. Film fars dilindədir, bir iranlı cütlüyün gərginləşən münasibətlərindən bəhs edir.

A.Farhadi 2012-ci ildə də «Ayrılıq» filminə görə bu mükafata layiq görülmüş, İrana ilk dəfə «Oscar» aparmışdı.

Hazırda İranda yaşayan və çalışan rejissor ölkəsində ciddi senzurayla üzləşmədiyini deyir. İranda rejissorlar tez-tez İslami dəyərlərə hörmətsizlikdə günahlandırılır. Amma «Reuters» agentliyinə müsahibəsində A.Farhadi «Filmimi çəkərkən mən senzura görmürəm», - deyib. «Əngəl olmağa çalışan az, çox az adamlar olur. Belələri hətta bu mükafatın gizli razılaşma əsasında verildiyini düşünənlərdir».

Amerika Kino Akademiyası namizədlərin siyahısını yanvarın 24-də açıqlayıb. Mükafatlandırma mərasimi fevralın 26-da Hollivudda olacaq.