Avropa Məhkəməsinin qərarlarına rəy veriləcək?

Milli Məclis binası.

Beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarının icra mexanizminə dair qanun layihəsi Milli Məclisin 2017-ci il üzrə iş planına daxil edilib.

Qanun layihəsinin yazda müzakirəyə çıxarılacağı bildirilir.

APA-nın xəbərinə görə, ötən il təklif olunan qanun layihəsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur.

Buna da bax:​ Bloqqerin 'kars'a salındığı bildirilir

Milli Məclisdən bildirildiyinə görə, qanun layihəsi “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu adlanır.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Buna da bax: İşdən çıxarılan fizika müəllimi Avropa Məhkəməsinə üz tutur

Layihənin bütün detalları bəlli deyil. Ancaq sənəddə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının Konstitusiya Məhkəməsinin rəyindən sonra qüvvəyə minməsinin təklif olunduğu güman edilir.

Xatırlatma

Sözügedən qanun layihəsi təklifi 2016-cı ildə gündəmə gəlmişdi.

Qanun layihəsini bitərəf deputat Rəfael Cəbrayılovun hazırladığı bildirilirdi.

Buna da bax: Xüsusi missiya İlqar Məmmədovun işini müzakirə edir

Eyni məzmunda, müzakirələr Rusiyada, hələ, 2015-ci ilin sonlarında başlamışdı. Həmin ilin dekabrında Rusiyanın Konstitusiya Məhkəməsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun qəbul olunub.