Tikinti materialları istehsalı azalıb

Tikinti materialları.

2016-cı ildə ölkədə 346,8 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu 2015-ci illə müqayisədə 10,6 faiz azdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sement istehsalı 14,8 faiz, beton qarışığı istehsalı 57,1 faiz, tikinti gipsinin istehsalı 25,1 faiz və kərpic istehsalı 37,3 faiz azalıb.

Buna da bax:​ 'Akkord' korporasiyası alman şirkətiylə ortaq biznesə başlayır

2016-cı ildə tikinti sektorunda isə ümumilikdə əlavə dəyər 27.6 faiz aşağı düşüb. DSK hesab edir ki, Ümumi Daxili Məhsulun (ÜDM-in) azalmasına səbəb də tikinti sektorundakı geriləmədir.

2016-cı il əsas kapitala 14 milyard 903,4 milyon manat və ya əvvəlki illə müqayisədə 26,1 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 33,8 faizi dövlət, 66,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,5 faizini təşkil edib.