Azərbaycanlı alpinistlər Elbrusa çıxmağı hazırlaşırlar

Elbrus

Azərbaycanlı alpinistlərdən ibarət qrup Avropanın ən yüksək zirvəsinə - Elbrus dağına (5646 metr) qalxmaqdan ötrühazırlıq işlərini başa çatdırıblar. Onlar məqsədlərinə çatarlarsa, bu, Azərbaycan alpinizminin tarixində ilk dəfə gerçəkləşəcək.

Komandanın lideri Firuz Dadaşov bildirib ki, alpinistlər son bir neçə günü dağlarda keçiriblər, müxtəlif yüksəkliklərə qalxıblar.

Ekspertlərin fikrincə, texniki baxımdan mürəkkəb olmayan Elbrus dağına qıs mövsümündə qalxmaq çətin olur. Güclü külək və şaxta nəinki qalxmanı, həm də uzun müddət marşrutda qalmanı çətinləşdirir.

Son günlər idmançılar bir neçə dəfə 4700 metrədək yüksəkliyə qalxıblar və dincəlmək, havanın yaxşı olmasını gözləmək məqsədilə aşağı eniblər.

«Fevralın 1-dək zirvəyə uğurla qalxacağımıza ümid edirik», - F.Dadaşov bildirib.

Komandada Everesti fəth edən ilk azərbaycanlı İsrafil Aşurlu da var.

Komandanın üçüncü üzvü Əhməd Əliyev F.Dadaşovla birlikdə 2016-cı ilin yayında Cənubi Uşbaya qalxıb.