Daxili Qoşunların statusuna dəyişiklik edilir

Daxili Qoşunlar.

«Hərbi qulluqçuların statusu haqqında» və «Daxili Qoşunların statusu haqqında» qanun layihələri yenidən hazırlanıb. Artıq hər iki layihə Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib.

APA bu xəbəri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruca istinadən yayıb.

Xəbərə görə, hər iki qanun layihəsi ilə bağlı uyğun qurumların rəyi alınıb və parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Buna da bax-Aksiyaların yatırılmasında Daxili Qoşunlardan istifadə etmək qanunidirmi?

Z.Oruc deyib ki «Daxili Qoşunların statusu haqqında» yeni qanun layihəsi 6 fəsil, 39 maddədən ibarətdir: «Daxili Qoşunlarla bağlı status yenidən hazırlanıb, yeni müddəalar var. Hansı hallarda hansı silahdan istifadə edilməsi, kimə qarşı istifadə edilməməsi və başqa məsələlər sənəddə yer alıb».