Qərb rayonlarında qar gözlənir

Gədəbəy

Yanvarın 25-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da hava şəraitinin əsasən yağmursuz olacağı qeyd edilir. Lakin gün ərzində bəzi qərb rayonlarında qar yağacağı gözlənilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.