Dollar hərracda 1.86 manata yaxınlaşdı

Dollar

Azərbaycan Mərkəzi Bankında (AMB) yanvarın 23-də Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB – dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb.

Yanvarın 18-də, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.8285 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. Yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.