Ətraf mühiti çirkləndirənlər cərimələnib

Foto illüstrasiya

Ətraf mühitin mühafizəsi qaydalarının hüquqi və fiziki şəxslər tərəfindən pozulmasıyla bağlı 2016-cı ildə 453 akt və 248 protokol tərtib olunub.

Açıqlamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Bildirilir ki, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 223 iş üzrə 203 min 770 manatlıq cərimə, 928 iş üzrə isə 134 min 967 manat məbləğində ödəmə tətbiq edilib.

«İstehsalat tullantılarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntulara görə isə 56 akt və 16 protokol tərtib olunub. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli «məcburi göstəriş» verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı cəmi 16 iş üzrə 24 min 300 manatlıq cərimə, 796 iş üzrə isə 201 min 765 manat məbləğində ödəmə tətbiq edilib», – nazirlik qeyd edir.