Qar Şamaxıda problemlər yaradıb

Foto illüstrasiya

Foto illüstrasiya

Yanvarın 22-də axşam saatlarında Şamaxı rayonuna yağan qar magistral yolda avtomobillərin hərəkətində problemlər yaradıb.

Xəbəri «Report» portalı yayıb.

Bildirilir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər. Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub.

Xəbərdə deyilir ki, hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 21-dəki açıqlamasında yanvarın 22-də və 23-ü günortaya kimi ölkədə havanın pisləşəcəyi xəbərdarlığını etmişdi.