Bakıda yunan musiqi gecəsi

Yunanıstan

Bazar günü, yanvarın 22-də Bakıda Rembetik yunan musiqi gecəsi keçirilib. Bu, Yunanıstanda 1920-30-cu illərdə məşhur olan şəhər müəllif mahnısı üslubudur, rembet (yunan ara mahnıları) folklorunun Kiçik Asiya repatriantlarının musiqisi ilə birləşməsi nəticəsində yaranıb.

Bakıda rembetikanı Maksis Stamulis (buzuka), Konstantinos Spiliopolus (gitara) və Maria Spiroqloy (baqlama) təqdim ediblər.

Rembetika haqqında danışan Maksis Stamulis qeyd edib ki, onu nümayəndələri qaçqın və məcburi köçkün taleyi yaşamış bütün xalqların musiqisi hesab etmək olar.

Vaxtilə Yunanıstanda bu musiqi üslubunun ifaçılarının təqib olunmasına baxmayaraq, xalq onu qoruyub saxlayıb və indi Rembetika mahnıları yenə həm yaşlı nəsil, həm də gənclər arasında çox məşhurdur və sevilir. Hər bir ailə bayramında onlar səslənir və ən yaxşı restoranlarda və tavernalarda səslənir.

Uzun illər öncə olduğu kimi, bu mahnılar rəqslərlə müşayiət olunur. Onlardan ən təsirlisi zeybekikos - rəqqasın hisslərini büruzə verən və ruhunu açan rəqs-improvizasiyadır. Zeybekikos bəzən bir kvadrat metrdən çox olmayan kiçik meydançada ifa olunur.

Bakıdakı konsertdən öncə bir hadisə baş verib. Belə ki, Stamulis tamaşaçılara bildirib ki, uçuş zamanı onun buzukası qırılıb. Konsert pozula bilərdi, ammaBakıda onun üçün buzuka tapılıb və Stamulis bu alətlə ifa edib. Aralarında ABŞ, Yunanıstan, Argentina, İspaniya səfirlərinin də olduğu tamaşaçılar üçün yunan musiqiçilər 40-a yaxın əsər ifa ediblər.