Şopenin 170 il öncə çəkilmiş nadir fotosu ortaya çıxıb

Polşalı bəstəkar Frederic Chopin, 1849.

İsveçrəli fizik Alain Kohler dünya şöhrətli polyak bəstəkar Frederic Chopin-in fotoşəklini tapdığını elan edib. Bu haqda bəyanatı Parisdəki Polşa institutu yayıb (Institut Polonais Paris)​

Xatırladaq ki, bu polyak bəstəkarın əks olunduğu üçüncü belə fotodur. Ekspertlərin fikrinə görə foto 1847-ci ildə, bəstəkarın ölümündən ikicə il öncə parisli fotoqraf Lui-Ogust Bisson tərəfindən çəkilib və bəstəkarın bundan öncə tapılan fotosu da elə Bissona məxsus idi. Şəklin nə az nə çox 170 yaşı var.

Buna da bax: 2016 – musiqinin öldüyü il

Fotoşəkil Chopinin İsveçrədə saxladığı arxivindən tapılıb. Şəklin lenti isə digər iki şəkil kimi məhv olunub.

Frederic Chopin (1810-1849) - böyük polyak musiqiçisi və polyak milli bəstəkar məktəbinin yaradıcısıdır. Yaxın illərə qədər Chopinin fotoları məlum deyildi və xarici görünüşü ancaq yağlı boya ilə çəkilmiş rəsmləri əsasında əks olunurdu.