"20 yanvar"ın dərsləri

20 yanvar 1990

1990-cı il yanvarın 20-nə keçən gecə Soivet Ordusunun Bakıya yeridilməsi ilə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı...

20 yanvar tarixi Azərbaycana nə verdi? Bu qanli olaydan kimlər qazandı? Bunun üzərində kimlər siyasət qurdu? Moskva bu gün də Azərbaycanın ərazi bütövlüyünü şubhə altına alan fikirlər səsləndirir. Azərbaycansa bununla belə, Rusiyadan uzaqlaşmaq istəmir ya da bacarmır. Bunun səbəbi nədir?

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirir ki, 20 yanvar Azərbaycan xalqının seçimi deyildi. Onun sözlərinə görə, Azərbaycan xalqının seçimi müstəqillik və azadlıq idi. İsa Qəmbər deyir ki, 20 yanvar Moskvanın imperiya siyasətinin nəticəsi idi.

Onun fikrincə bu cinayəti törədən imperiya rəhbərliyi və buna şərait yaradan Azərbaycanın o zamankı rəhbərliyi tarix qarşısında məsuliyyət daşıyır və daşıyacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

İsa Qəmbər: "Moskvanın imperiya siyasətinin nəticəsi"

Politoloq Zərdüşt Əlizadə deyir ki, 20 yanvarın təşkilində tayfa mafiyası, KQB agenturası əllərindən gələni ediblər. Onun sözlərinə görə, faktiki olaraq 20 yanvar Azərbaycanda demokratik hərəkatın gətirilməsi və tayfa mafiyasınln bərpası üçün ən mühüm addım idi.

Bu hadisənin təşkilatçılarından olan Rusiyaya gəldikdə isə politoloq bildirir ki, coğrafi baxımından yaxın olduğu üçün Azərbaycan bu nəhəng ölkə ilə münasibətlərini qoruyub saxlamalıdır. Problem xalqla deyil, hakimiyyətlədir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Zərdüşt Əlizadə: " tayfa mafiyası, KQB agenturası əllərindən gələni etdilər"

Milli Məclisin üzvü, deputat Rasim Musabəyovun sözlərinə görə, bu Azərbaycanın müstəqilliyə gedən yolunda ağır itkilərlə müşahidə olunan bir mərhələsi idi. Deputat deyir ki, həmin vaxt Moskvanın o vaxtkı rəhbərliyi Bakının timsalında digər ölkələrə bir qanlı dərs vermək istəyirdi.

Rasim Musabəyovun fikrincə, Rusiyadan uzaqlaşması coğrafi baxımından mümkün deyil. Deputat deyir ki, kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Azərbaycan Rusiya ilə münasibətlərini tənzimləməyi bacarmalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rasim Musabəyov: "Bakının timsalında digər ölkələrə bir qanlı dərs vermək istəyirdi"