Donald Trump dərhal prezident kimi fəaliyyətə başlayacaq

Donald Trump

Donald Trump andiçmə mərasimindən sonra, dərhal prezident kimi rəsmi fəaliyyətə başlamaq fikrindədir.

Onun Barack Obamadan hakimiyyəti qəbul edən kimi bir neçə fərman imzalayacağı gözlənilir.

Trump-un sözçüsü Şon Spayserin sözlərinə görə, Obamanın tətbiq elədiyi tədbirlərin ləğvi də bura daxildir.

Qeyd edək ki, Donald Trump prezidentliyinin ilk günlərində Sakit Okean Tərəfdaşlığı, azad ticarət zonası razılaşmasından çıxacağını vəd edib.

Reutersin məlumatına görə, imzalamaq üçün Trump-a 200-dək fərman göndəriləcək.

Donald Trump şənbə günü Mərkəzi Kəşfiyyat İdarəsinin baş qərərgahına baş çəkəcək.