Lənkəran-Lerik yolu sürüşür

Sürüşmə

Yağışın Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaratdığı bildirilir.

APA-nın xəbərinə görə, hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33 ,41,45 və 46-cı kilometrliklərindəhər iki tərəfdəki torpaq qatındasürüşmə gedir.

Yola qaya parçalarının, daşların, böyük həcmdə gil və torpaq qatının töküldüyü bildirilir.

Yolun xüsusilə 23 və 46-cı kilometrliklərində gərgin durum yarandığı deyilir.

Həmin ərazidə torpaq qatının böyük kütlə şəklində sürüşərək, yolun hərəkət hissəsində nəqliyyatın hərəkətinə maneələr yaratdığı bildirilir. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol İstismar İdarəsinin gücləndirilmiş iş rejimində çalışdığı söylənir.

Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.