Rusiya səfirinin qətliylə bağlı 2 nəfəri tutublar

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyanın Türkiyədəki səfiri belə öldürüldü

Türk polisi Rusiya səfirinin qətliylə bağlı 2 şübhəlini həbs edib. Rəsmilərin dediyinə görə, tutulanlardan biri polis işçisi--Sercan Başar-dır. İkinci şəxsin Enes Asım Silin adlı silah satıcısı olduğu deyilir. 2 nəfərə isə yaşadığı şəhərdən çıxmamaq barədə göstəriş verilib.

Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov 2016-cı il dekabrın 19-da Ankarada bir sərgidə olarkən güllələnib. Onu öldürən polis işçisi «Hələbi unutmayın!» deyə qışqırıb. Mühafizəçilər onu hadisə yerində güllələyiblər.

Türkiyəylə Rusiya Suriyada əvvəl fərqli cəbhələrdə vuruşsalar da, sonra birgə fəaliyyət göstərməyə başladılar. Hazırda hər iki dövlət Suriyada sülhün bərpasıyla bağlı danışıqları təşkil edir. Yanvarın 18-də isə Rusiya və Türkiyənin hərbi hava qüvvələri Suriyada birgə əməliyyat keçirib, İŞİD terrorçularının mövqelərini bombaladıqlarını elan ediblər.