QHT-lərdən AŞPA prezidentinə məktub

Pedro Agramunt, 20 iyun 2016.

“Yerli QHT-lər Avropada fəaliyyət göstərən bəzi QHT-lərin Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərindən narahatdır”.

Yanvarın 19-u Azərbaycanda fəaliyyət göstərən 96 qeyri-hökumət təşkilatının Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunta müraciətində belə yazılır.

APA-nın xəbərinə görə, müraciətdə Azərbaycanla Avropa Şurası arasında münasibətlərdən razılıq ifadə olunur.

Buna da bax:​ Həmməruzəçilər: 'Avropa Məhkəməsinin qərarlarının icrası vacibdir'

“Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa Birliyi ilə başlanmış yeni əməkdaşlığı, eləcədə digər ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır. Onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir. Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi QHT-lərin yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini narahatlıqla izləyirik”.

Müraciətdə bildirilir ki, yanvar sessiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən müraciət təşkil olunmuş kampaniyanın tərkib hissəsidir.

Buna da bax: ‘Qrant qanunvericiliyi sadələşdirilməlidir’

Xatırlatma

Bir həftə əvvəl bir qrup Azərbaycan vətəndaş cəmiyyəti qurumları nümayəndələri AŞPA-ya məktub ünvanladıqlarını açıqlamışdılar.

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvü - Elxan Süleymanov və Müslim Məmmədov araşdırma aparılması şərti ilə dərhal üzvlükdən xaric edilməlidir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ isə rüşvət məsələsindən xəbərdar olsalar da heç bir addım atmadıqlarına görə dayandırılmalıdır”, deyə həmin məktubda vurğulanırdı.

Buna da bax:​ Beynəlxalq təşkilatların hesabatları Azərbaycan üçün "kağız parçasıdırmı"?

Məktubda AŞPA üzvü olan iki azərbaycanlı deputatın bu qurumun keçmiş vitse-prezidenti Luka Volonteyə 2,39 milyon avro rüşvət verməsi barədə iddialara toxunulurdu. Orada qeyd edilirdi ki, həmin pullar bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-da qətnamənin qəbul edilməməsinə sərf edilib.

Sözügedən məsələni Milan prokurorluğu araşdırdır. Luka Volontenin isə həmin pul köçürülməsini Azərbaycana kənd təsərrüfatı ilə bağlı tövsiyələr verdiyi ilə izah etdiyi bildirilirdi.

Buna da bax: HRW: 'Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır'

Sonradan Azərbaycandan olan deputatlar da dedilər ki, prokurorluğun araşdırması bitməmiş kimisə günahlandırmaq düz deyil.