İlham Əliyev Schwab, Bərzani, Poroşenko ilə görüşüb

İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab ilə görüşüb. Davos. 18yan2017

“Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olması istiqamətində mühüm tədbirlər görülür”.

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schvab ilə görüşündə deyib.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirən İ.Əliyev bunun ümumi məqsədlərə tam uyğun gəldiyini qeyd edib.

Buna da bax:​ Hökumət İslam Bankından qrant aldı

Ölkə başçısı Azərbaycanın yerləşdiyi coğrafi məkanın əhəmiyyətindən, bu amilin iri transmilli layihələrin uğurla reallaşmasına rəvac verməsindən bəhs edib.

Prezident Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu, iqtisadiyyatın, ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb.

İlham Əliyev Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən, idman yarışmalarından da danışıb.

Xəbərdə qeyd edilir ki, Klaus Şvab də öz növbəsində Azərbaycanla əməkdaşlığın səmərəli olduğunu bildirib.

Buna da bax: Davos elitası etimadsızlıqla üz-üzə

Azərbaycan və Ukrayna prezidentləri görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Ukrayna dövlət başçısı Petro Poroşenko ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Prezidentlər vurğulayıblar ki, iki ölkə beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və daim bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə, həmçinin, investisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev yanvarın 18-də Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə də görüşüb.

Bərzani ilə görüş

O, Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb. Məsud Bərzani də atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib.

Ölkə başçısı yanvarın 18-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçlə, “Palantir Technologies” şirkətinin baş icraçı direktoru Aleks Karplə, Səudiyyə Ərəbistanının energetika, sənaye, təbii sərvətlər naziri Xalid Al Falihlə və Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşüb.

Prezident İlham Əliyev yanvarın 16-da İsveçrəyə gedib. O, yanvarın 17-də başlayan Davos İqtisadi Forumuna qatılıb. Forum yanvarın 20-də başa çatacaq. Prezident yanvarın 16-sı və 17-də də bir sıra görüşlər keçirib.