Hökumət İslam Bankından qrant aldı

Dollar

Bu gün, yanvarın 18-də Bakıda Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı (İİB) arasında qrant sazişi imzalanıb.

Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və İİB-in vitse-prezidenti Sayed Aqa imzalayıblar.

Nazirlik qrantın məbləğini açıqlamır. Tərəflər Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkədə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması haqda razılığa gəliblər.

İİB indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard dollara yaxın investisiya yatırıb.

Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və başqa sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Azərbaycan hökuməti bundan öncə Avropa Birliyindən də qrant almışdı.