Movsisian ümid edir ki, DÇ-2018-ə Ermənistan yığması da düşə biləcək

Yura Movsisian

Ermənistanlı futbolçu Yura Movsisian hesab edir ki, 2018-ci ildə Rusiyada keçiriləcək çempionat, dünya futbol kuboku tarixində ən yaxşı turnir olacaq.

Moskvanın “Spartak” klubunun 29 yaşlı keçmiş hücumçusu Movsisian hazırda Amerikanın “ Real Solt-Leyk” komandasında oynayır.

Bu barədə yanvarın 18-də “Rossiyskaya qazeta” və Ermənistan mətbuatı məlumat yayıb.

Movsisian həmçinin ümid edir ki, həmin çempionata Ermənistan yığması da düşə biləcək.

Movsisian “ Real Solt-Leyk” klubuna 2016-cı ilin oktyabrında transfer olunub.