“Moldova ilə Avrasiya İqtisadi Birliyi arasında razılaşma Avropa ilə asosasiya sazişinə zidd deyil”.
Bunu Moldova prezidenti İgor Dodon bildirib.
“Avrasiya İqtisadi Birliyi ilə çərçivə razılaşması imzalayacağımıza əminəm. Bu Avropa Birliyi ilə asosasiya sazişinə zidd deyi”, deyə o,“Sputnik Moldova” radiosuna müsahibəsində bildirib.
Dodon yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra deyib ki, Moldovanı Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə kimi görmək istərdi və bu qurumla əməkdaşlıq barədə çərçivə memorandumu imzalanmasını istəyir.
Qeyd edək ki, bu yaxınlarda prezident seçilən Dodon Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır.
Bu onun seçkiqabağı kampaniyalar zamanı əsas vədlərindən biri idi.