Dollar hərracda 1.83 manata yaxınlaşdı

Dollar

Yanvarın 18-i Azərbaycan Mərkəzi Bankında (AMB)Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1.8285 səviyyəsində formalaşıb.

Artıq AMB həftədə valyuta hərraclarını əvvəllər olduğu kimi, 2 yox, 3 dəfə keçirəcək.

Son hərracdan sonra ABŞ dollarının məzənnəsi 1.8045 manat müəyyən olunmuşdu.