Bakıda yağış, dağlıq rayonlarda qar gözlənilir

Yağış

Yanvarın 19-u Bakı və Abşeron yarımadasında havanın tutulacağı, arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq .

Ölkənin bəzi rayonlarında da yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi ehtimal edilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə istitəxmin edilir.