İ.Əliyev: 'Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub'

İlham Əliyev

Prezident İlham Əliyev yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri John Chambers-lə görüşüb.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, CISCO şirkətinin icraçı sədri John Chambers deyib ki, Azərbaycan xarici şirkətlərdən ötrüetibarlı tərəfdaşa çevrilib. O, vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq etmək son dərəcə əlverişli və faydalıdır.

İ.Əliyev isə deyib ki, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev yanvarın 16-da İsveçrəyə gedib. O, yanvarın 17-də başlayan Davos İqtisadi Forumuna qatılıb. Forum yanvarın 20-də başa çatacaq.

İlham Əliyev bu səfər çərçivəsində bir sıra görüşlər də keçirib. O, yanvarın 18-də Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Khalid al-Falih-lə də görüşüb.